ATİAHİ Xətai rayon komitəsi 2 fevral - Gənclər Günü qeyd edilib
Fevralın 2-də ATİAHİ Xətai rayon komitəsi 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirib.
Tədbirdə rayonun fəal, o cümlədən bir sıra sahələrdə nailliyətlər qazanmış gəncləri iştirak ediblər. 
Rayon komitəsinin sədri M.Hacıyeva çıxışında qeyd edib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi: “Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb”.
Onun sözlərinə görə, Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır: “Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir”.
Tədbirdə çıxış edən gənclər uğur qazanmaq üçün ölkəmizdə onlara yaradılan şəraitdən, əldə etdikləri müvəfəqiyyətlərdən, dövlətin onlara qayğısından danışıblar və bütün bunlara görə, dövlətimizin başçısı cənab İlham Əliyevə təşəkkür ediblər.
IMG-20220204-WA0067 (1).jpg 139.23 KB
Sinda gənclərə Xətai rayon komitəsi tərəfindən Fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo