Xətai rayonunda ittifaq üzvlərinə bayram sovqatı verilib

Xətai rayonunda ittifaq üzvlərinə bayram sovqatı verilib

ATİAHİ Xətai rayon komitəsi bütün bayramlarda və dövlətimiz üçün digər əlamətdar günlərdə ittifaq üzvlərinə maddi-mənəvi dəstək olur.Ənənənin davamı olaraq rayon komitəsi bu dəfə Novruz bayramı münasibətilə aztəminatlı ittifaq üzvlərinə bayram sovqatı göndərib.Sovqata zəruri ərzaq məhsulları daxil edilib.Qeyd olunub ki, rayon komitəsi bu nəcib missiyanı bundan sonra da davam etdirəcək. WhatsApp Image 2024-03-18 at 15.58.00.jpeg 75.73 KBWhatsApp Image 2024-03-18 at 15.57.44.jpeg 100.98 KBWhatsApp Image 2024-03-18 at 15.58.11.jpeg 149.9 KBWhatsApp Image 2024-03-18 at 15.59.09.jpeg 177.59 KB

27.03.2024

Xətai rayonunda qadın müəllimlərə hədiyyələr verilib

Xətai rayonunda qadın müəllimlərə hədiyyələr verilib

ATİAHİ Xətai rayon komitəsinin dəstəyi ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ilk həmkarlar ittifaqlarında bayram şənlikləri təşkil edilib.Bayram tədbirlərində qadın ittifaq üzvlərinin ünvanlarına təbriklər deyilib. Bildirilib ki, möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından daha əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Tədbirlərdə çıxış edən qadın müəllimlər cəmiyyətimizdə onlara olan ali münasibətdən və dövlətimiz tərəfindən qadınlarla kişilərə yaradılmış bərabər hüquqlardan razılıqlarını ifadə ediblər.Keçirilən tədbirlərdə həmkarlar ittifaqları tərəfindən qadın müəllimlərə bayram hədiyyələri verilib.WhatsApp Image 2024-03-11 at 13.59.29.jpeg 152.62 KBWhatsApp Image 2024-03-11 at 13.54.17.jpeg 90 KBWhatsApp Image 2024-03-11 at 13.55.36 (1).jpeg 309.83 KBWhatsApp Image 2024-03-11 at 13.59.54.jpeg 1.32 MBWhatsApp Image 2024-03-11 at 13.56.59.jpeg 392.87 KBWhatsApp Image 2024-03-11 at 14.04.08.jpeg 980.85 KB

15.03.2024

ATİAHİ Xətai rayon komitəsinin XVIII hesabat-seçki yığıncağı keçirilib

ATİAHİ Xətai rayon komitəsinin XVIII hesabat-seçki yığıncağı keçirilib

ATİAHİ Xətai rayon komitəsində XVIII hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda Xətai rayon komitəsinin sədri Maisə Hacıyeva və Təftiş komissiyasının sədri Gülsüm Nəsibova hesabat məruzəsi ilə çıxış ediblər.Komitənin ötən dövr ərzində gördüyü işlər ittifaq üzvləri tərəfindən qənaətbəxş hesab edilib. Həmçinin rayon komitəsinin sədri vəzifəsinə seçkilər keçirilib. Açıq səsvermə yolu ilə keçirilən seçkidə Maisə Hacıyeva yenidən qurumun sədri seçilib. Yığıncaqda iştirak edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə M.Hacıyevaya gələcək fəaliyyətində uğurlar arzulayıb və ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi, sağlamlıqlarının qorunması, laiyiqli iş şəraitinin yaradılması istiqamətində daha səylə çalışmağı tövsiyə edib. WhatsApp Image 2024-03-11 at 13.28.59.jpeg 139.59 KBWhatsApp Image 2024-03-11 at 13.28.55.jpeg 74.79 KBWhatsApp Image 2024-03-11 at 13.28.54 (1).jpeg 95.65 KBWhatsApp Image 2024-03-11 at 14.51.51.jpeg 112.73 KBWhatsApp Image 2024-03-11 at 14.49.36.jpeg 301.84 KBWhatsApp Image 2024-03-11 at 13.28.54.jpeg 72.86 KBWhatsApp Image 2024-03-11 at 14.47.06.jpeg 382.71 KBWhatsApp Image 2024-03-11 at 13.28.22.jpeg 508.16 KB

15.03.2024

Xətai rayonunda ilk həmkarlar ittifaqlarının hesabatları dinlənilib, seçkilər keçirilib

Xətai rayonunda ilk həmkarlar ittifaqlarının hesabatları dinlənilib, seçkilər keçirilib

ATİAHİ Xətai rayon komitəsinə aid orta məktəblərin və uşaq bağçalarının ilk həmkarlar ittifaqlarında hesabat-seçki yığıncaqları keçirilib.Yığıncaqlarda ötən dövr ərzində əmək hüquqlarının qorunması, layiqli iş şəraitinin yaradılması, ittifaq üzvlərinin sosial vəziyyətinin yaxşılaşdırılması, istirahətlərinin təşkili və sağlamlıqlarının qorunması, asudə vaxtın təşkili istiqamətində atılmış addımlar, həyata keçirilmiş layihələr barədə ittifaq üzvlərinə ətraflı məlumatlar verilib. Həmçinin onların rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb.Eləcə də ilk həmkarlar ittifaqlarının yeni tərkibi formalaşıb. Bütün seçkilər demokratik ab-havada keçib, səsvermə açıq aparılıb, geder bərabərliyi qorunub. Qeyd edək ki, səsvermələrdə gənc namizədlər daha çox üstünlük qazanıb. Yığıncaqlarda Xətai rayon komitəsinin nümayəndələri də iştirak edib, prosesi izləyiblər. WhatsApp Image 2024-02-12 at 15.49.12.jpeg 106.86 KBWhatsApp Image 2024-02-12 at 15.48.02.jpeg 145.07 KBWhatsApp Image 2024-02-12 at 15.41.19 (1).jpeg 74.82 KBWhatsApp Image 2024-02-12 at 15.53.00.jpeg 41.94 KBWhatsApp Image 2024-02-12 at 15.52.33.jpeg 88.28 KBWhatsApp Image 2024-02-12 at 15.56.53.jpeg 125.28 KBWhatsApp Image 2024-02-12 at 15.57.20.jpeg 141.42 KBWhatsApp Image 2024-02-12 at 16.13.52.jpeg 111.4 KBWhatsApp Image 2024-02-12 at 15.41.19 (2).jpeg 71.74 KBWhatsApp Image 2024-02-12 at 15.46.46.jpeg 74.35 KB

15.02.2024

Xətai rayonundan olan ittifaq üzvləri mükafatlandırılıb

Xətai rayonundan olan ittifaq üzvləri mükafatlandırılıb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələrinin 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.Ali məktəb işçiləri arasında keçirilən Spartakiadanın 118, Bakı şəhərinin ümumtəhsil məktəblərinin işçiləri arasında keçirilən yarışların 130 qalibinə hədiyyə kuponu və diplomlar verilib.Eyni zamanda ali məktəb tələbələrinin XV Universiadasının və orta ixtisas təhsili müəssisələrinin yarışlarının ümumilikdə 300-ə yaxın qalibinə kubok, diplom və idman forması təqdim olunub. Qaliblər arasında Xətai rayonundan olan ittifaq üzvləri də yer alıb və mükafatlandırılıb.2 (2).jpg 63.93 KB5 (1).jpg 88.55 KB3 (1).jpg 69.08 KB

31.01.2024

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələrinin 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, idman yarışlarını təşkil etməkdə məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə hörmət və ehtiram göstərmək, xalqımızın milli sərvəti olan Ulu Öndərin zəngin və çoxşaxəli irsini örənmək və təbliğ etməkdir: “Bu tədbirlər həm ümumtəhsil məktəblərinin müəllimləri, həm də ali məktəblərin işçi və tələbələri tərəfindən böyük həvəslə qarşılanıb. Bu idman tədbirlərində mindən çox müəllim və yüzlərlə tələbə çıxış edib. Azərbaycanda idman sahəsində əldə olunan uğurların bünövrəsində əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasəti dayanır. Hələ Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda bütün sahələrin, o cümlədən  idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüş, 1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq- gənclər idman məktəbi fəaliyyət göstərirdi. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da bu sahənin inkişafına öz diqqət və qayğısını əsirgəmədi”.Səttar Möhbalıyev qeyd edib ki, Ulu Öndərin idmanın inkişafı ilə bağlı əsasını qoyduğu strategiya bu gün uğurla davam etdirilir: “Kütləvi bədən tərbiyəsinin inkişafı, gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalanıb. Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturun yaradılması istiqamətində böyük işlər görülüb. Azərbaycanda idmanın kütləviliyi təmin edilir və olimpiya hərəkatı yüksək səviyyədədir. Hesab edirəm ki, idmanda əldə olunan uğurlarda kütləvi bədən tərbiyəsinin inkişafının da öz rolu var. Biz də həmkarlar təşkilatı hər zaman olaraq bu sahəyə diqqət ayırırıq. Vaxtaşırı olaraq tələbələr, müəllimlər arasında müxtəlif kütləvi idman yarışları təşkil olunur, universiadalar, spartakiadalar keçirilir. Biz idmanın kütləviliyinin təmin edilməsi və təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə istiqamətlənmiş fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmindəyik”.Sonra mükafatlandırma mərasiminə başlanılıb. Ali məktəb işçiləri arasında keçirilən Spartakiadanın 118, Bakı şəhərinin ümumtəhsil məktəblərinin işçiləri arasında keçirilən yarışların 130 qalibinə hədiyyə kuponu və diplomlar verilib.Eyni zamanda ali məktəb tələbələrinin XV Universiadasının və orta ixtisas təhsili müəssisələrinin yarışlarının ümumilikdə 300-ə yaxın qalibinə kubok, diplom və idman forması təqdim olunub.1-1.jpg 137.44 KB6 (1).jpg 152.75 KB5.jpg 222.23 KB4-1 (1).jpg 174.7 KB3-1.jpg 438.72 KB2-1.jpg 137.67 KB

15.01.2024

Xətai rayon komitəsi aztəminatlı ittifaq üzvlərinə bayram sovqatı verib

Xətai rayon komitəsi aztəminatlı ittifaq üzvlərinə bayram sovqatı verib

ATİAHİ Xətai rayon komitəsi bütün bayramlarda və digər əlamətdar günlərdə ittifaq üzvlərinin iştirakı ilə tədbirlər təşkil edir, bayram şənlikləri keçirir, onlara sovqatlar verir.Ənənənin davamı olaraq bu dəfə də Xətai rayon komitəsi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə aztəminatlı ittifaq üzvlərinə ərzaq yardımı göstərib. IMG-20231226-WA0035.jpg 121.44 KBIMG-20231226-WA0040.jpg 251.21 KBIMG-20231226-WA0063.jpg 149.27 KBIMG-20231226-WA0064.jpg 149.34 KBIMG-20231226-WA0002.jpg 280.16 KBIMG-20231226-WA0036.jpg 140.69 KBIMG-20231226-WA0010.jpg 284.39 KBIMG-20231226-WA0004.jpg 120.03 KBIMG-20231226-WA0048.jpg 139.51 KB 

09.01.2024

Əməkdar müəllim beynəlxalq tədbirdə iştirak edib

Əməkdar müəllim beynəlxalq tədbirdə iştirak edib

Rusiyanın paytaxtı Moskva şəhərində Beynəlxalq Elm və Təhsil İşçiləri Birliyinə üzv olan təşkilatların iştirakı ilə "Sağlam həyat tərzinin təbliği" mövzusunda I forum – festival keçirilib.Tədbirdə ATİAHİ Xətai rayon komitəsinin ittifaq üzvü, Əməkdar müəllim Azər Ələkbərov da iştirak edib.IMG-20231226-WA0066.jpg 216.64 KB

09.01.2024

ATİAHİ Xətai rayon komitəsinin nümayəndələri  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VI Qurultayında iştirak edib

ATİAHİ Xətai rayon komitəsinin nümayəndələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VI Qurultayında iştirak edib

Dekabrın 20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VI Qurultayı keçirilib. Qurultayın gündəliyinə “İlham Heydər oğlu Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyinin dəstəklənməsi”, “AHİK-in Bəyanatı haqqında”, “AHİK-in 2018-2023-cü illər üzrə fəaliyyəti”, “Təftiş komissiyasının hesabatı” və “AHİK sədrinin seçilməsi” barədə məsələlər daxil edilib.Gündəlikdə duran bütün məsələlər müzakirə edilərək qərarlar qəbul edilib. ATİAHİ Xətai rayon komitəsinin nümayəndələri qurultayın işində yaxından iştirak edib. IMG-20231224-WA0006 (1).jpg 176.56 KB

21.12.2023

Xətai rayonundan olan ittifaq üzvləri Masallıda dincəliblər

Xətai rayonundan olan ittifaq üzvləri Masallıda dincəliblər

ATİAHİ Xətai rayon komitəsi tərəfindən 8 Noyabr - Zəfər Günü ilə əlaqədar rayonun məktəb və uşaq bağçalarında çalışan şəhid ailəsi üzvlərinin, Vətən müharibəsi iştirakçılarının və qazilərin Masallı rayonuna səfəri təşkil olunub. İştirakçılar səfər zamanı rayonun görməli yerlərinə və turizm zonalarına baş çəkib, gözəl təbiət mənzərələrini seyr edib fotolar çəkdiriblər.Həmçinin onlar üçün süfrə açılıb, yerli mətbəxin ləziz təamlarına qonaq ediliblər. İttifaq üzləri istirahətləri üçün yaradılmış şəraitdən razılıqlarını bildirib və bu, onlarda xoş ovqat və yaxşı təəssürat yaratdığını qeyd ediblər.WhatsApp Image 2023-11-21 at 14.54.41.jpeg 100.91 KBWhatsApp Image 2023-11-21 at 14.55.46 (1).jpeg 108.36 KBWhatsApp Image 2023-11-21 at 14.53.40.jpeg 73.24 KBWhatsApp Image 2023-11-21 at 14.55.46.jpeg 162.52 KB

23.11.2023

2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

Noyabrın 16-da 2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) təşkil olunan tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. Sədr Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb, həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edib. Qeyd edib ki, ATİAHİ RK tərəfindən bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlər görülür. Həmçinin aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır. Belə ki, hər il Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur.Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə (65 nəfər) ATİAHİ RK-nın adlı təqaüdü təqdim edilib.Məlumat üçün qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ RK-nın adlı təqaüdü təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2849 nəfər tələbə bu təqaüddən yararlanıb.1-7.jpg 99.43 KB2-5 (1).jpg 151.12 KB7-2.jpg 157.91 KB6-4.jpg 159.07 KB5-5 (1).jpg 150.4 KB4-7.jpg 143.44 KB3-5 (1).jpg 153.55 KB

17.11.2023

Xətai rayon komitəsinin əməkdaşları şəhid polisin ailəsində olublar

Xətai rayon komitəsinin əməkdaşları şəhid polisin ailəsində olublar

ATİAHİ Xətai rayon komitəsinin sədri M.Hacıyeva və Rəyasət heyətinin üzvləri Füzuli rayonunda şəhid olmuş polis əməkdaşı Rasim Məmmədovun ailəsini ziyarət ediblər.Görüş zamanı ailənin üzvləri şəhidin ömür yolundan, nümunəvi xidmətindən, vətənpərvərliyindən danışıb, xatirələrini bölüşüblər. Onlar həmçinin dövlətimiz tərəfindən hərtərəfli himayə olunduqlarını bildirib və Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.Komitə tərəfindən şəhidin ailəsinə maddi-mənəvi dəstək göstərilib.Qeyd edək ki, şəhid Rasimin anası Xuraman Məmmədova 254 №-li məktəbin müəllimidir. WhatsApp Image 2023-11-02 at 11.54.43.jpeg 50.93 KB

07.11.2023

Xətai rayonunda şəhid ailələri ziyarət olunub

Xətai rayonunda şəhid ailələri ziyarət olunub

ATİAHİ Xətai rayon komitəsinin əməkdaşları 27 sentyabr - Anım Günü münasibətilə şəhid ailələrini ziyarət ediblər.Şəhidlər - Rövşən Rüstəmov və Niyamin Niftəlizadənin ailəsinə baş çəkən komitə əməkdaşları onların problemləri ilə maraqlanıblar. Hər iki şəhidin ailə üzvləri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılıq ifadə ediblər. Görüşlər zamanı həmçinin şəhidlərin keçdiyi döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlardan söz açılıb və bildirilib ki, bu gün onların ruhu şaddır. Çünki can verdikləri Vətən torpağı bu gün azaddır. Müqəddəs bayrağımız Şərqi Zəngəzurda və Qarabağda qürurla dalğalanır.Xətai rayon komitəsi tərəfindən hər iki şəhidin ailəsinə maddi-mənəvi dəstək göstərilib.Qeyd edək ki, şəhid Rövşənin anası Reyhan Rüstəmova Xətai rayon Elman Məmmədov adına uşaq bağçasında, Niyaminin anası Zəminə Məhərrəmova isə Xətai rayonu 194 №-li uşaq bağçasında işləyir.

07.11.2023

ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib

ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024-cü ildə keçirilməsi nəzərdə tutulan hesabat-seçki yığıncaqlarına hazırlıq məqsədi ilə zona seminarlarının keçirilməsinə başlayıb. İlk belə tədbir Quba rayonunda təşkil edilib. ATİAHİ Sumqayıt şəhər, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı və Qubadlı rayon komitələrinin sədrlərinin iştirak etdiyi seminarda ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov çıxış edib. Şöbə müdiri qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin müvafiq qərarı ilə AHİK-in üzv təşkilatların bütün vəsilələrində 2024-cü il müddətində hesabat-seçki yığıncaqlarının keçirilməsi nəzərdə tutulmuşdur. E.Rüstəmov bildirib ki, is­tər əha­tə dai­rə­si­nə, is­tər­sə­ də bu sa­hə­də ça­lı­şan insanların  sa­yı­na gö­rə təhsil Azər­bay­can­da ən bö­yük so­si­al ins­ti­tut­lar­dan bi­ri­ni təş­kil edir. ATİAHİ 5785 həmkarlar ittifaqı təşkilatını və 403484 həmkarlar ittifaqı üzvünü özündə birləşdirir: “2024-cü ildə keçiriləcək hesabat-seçkilər ATİAHİ-nin fəaliyyətində mühüm hadisələrdən biridir. Hesabat-seçkilər zamanlı təşkilat sədrlərinin bu illər ərzində gördüyü işlərlə bağlı hesabatı əhatəli olmalı, əldə olunmuş nailiyyətlər, çatışmazlıqlar qeyd olunmalıdır. Eyni zamanda həmkarlar ittifaqlarında həmrəyliyi təmin etmək, işçilərin sosial-iqtisadi mənafeyinin kollektiv müdafiəçisi olan həmkarlar ittifaqlarının maliyyə cəhətdən möhkəmləndirmək, onun rolunu bir daha artırmaq üçün qarşıdan gələn hesabat-seçki kampaniyasının imkanlarından maksimum istifadə edilməlidir. Hesabat-seçki yığıncaqlarının keçirilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin, ittifaqın nizamnaməsinin və digər normativ sənədlərin tələblərinə ciddi əməl edilməsinə nəzarət təmin olunmalıdır”. E.Rüstəmov qeyd edib ki, həmkarlar ittifaqı təşkilatlarının kadrlarla möhkəmləndirilməsi, ehtiyat kadrların hazırlanması və irəli çəkilməsi üzrə tədbirlər görülməlidir. Müəssisədə kollektiv arasında nüfuzu olan layiqli şəxslərin seçilməsi üçün şərait yaradılmalıdır: “Heç kimə sirr deyil ki, həmkarlar təşkilatlarının gücü ilk təşkilatlardadır. Bu baxımdan bizim qarşımızda duran mühüm vəzifələrdən biri ilk təşkilatların gücləndirilməsi və nüfuzunun artırılmasıdır. İlk təşkilatların güclü olması üçün isə başlıca şərt təşkilata layiqli və şəxsin rəhbərlik etməsidir. İttifaq üzvləri öz sərbəst seçiminizi etməli və təşkilatınızı daha da qabağa aparmağı bacaracaq bir şəxsi həmkarlar təşkilatına sədr seçilməsinə çalışmalıdır. Həmçinin təşkilatların seçkili orqanlarının formalaşdırılması zamanı gender bərabərliyi təmin edilməli, ölkəmizdə həyata keçirilən gəncləşmə siyasətinin həmkarlar ittifaqı təşkilatlarında da uğurla davam etdirilməsinə şərait yaradılmalıdır. İclaslar zamanı səsləndirilmiş tənqidi qeydlər ümumiləşdirilərək yuxarı həmkarlar ittifaqı təşkilatına təqdim edilməlidir. İnanırıq ki, üzv təşkilatlarda keçiriləcək hesabat-seçki yığıncaqları nöqsansız şəkildə təşkil ediləcək, bu seçkilər təşkilatımızın, ümumilikdə həmkarlar ittifaqı hərəkatının həyatında yeni inkişaf mərhələsinin başlanğıcı olacaqdır”.Sonra seminar diskussiya şəklində davam etdirilmiş, rayon komitəsi sədrləri qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparmış, suallar cavablandırılmışdır.  

25.10.2023

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və kollektivi, həmçinin quruma üzv təşkilatların rəhbərləri və əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.Həmkarlar ittifaqlarının nümayəndələri parkın girişində xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.3-16.jpg 153.8 KB1-21.jpg 219.72 KB2-11.jpg 264.06 KB

27.09.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo