ATİAHİ Xətai rayon komitəsi tərəfindən aztəminatlı ittifaq üzvlərinə bayram sovqatları verilib

ATİAHİ Xətai rayon komitəsi tərəfindən aztəminatlı ittifaq üzvlərinə bayram sovqatları verilib

 Azərbaycan həmkarlar ittifaqları daim üzvlərinin qayğısına qalır, əmək hüquqlarının qorunması ilə yanaşı, onların sosial vəziyyətləri ilə də hər zaman maraqlanır, bayramlarda və digər əlamətdar günlərdə maddi-mənəvi dəstək göstərir.Ənənənin davamı olaraq ATİAHİ Xətai rayon komitəsi bütün dünya müsəlmanları üçün müqəddəs olan Qurban bayramı ərəfəsində aztəminatlı ittifaq üzvləri ilə görüş keçirib. Bildirilib ki, Qurban bayramının müsəlman Azərbaycan əhalisi tərəfindən layiqincə keçirilməsi üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılır. Bu da digər məsələlərdə olduğu kimi xalq və dövlət birliyinin, vəhdətin təzahürüdür. İmkanlı şəxslər, ictimai təşkilatlar bayramda ehtiyacı olan şəxslərə, həssas əhali qruplarına, uşaq evlərinə, qocalar evlərinə yardımlar edirlər. Bu xeyriyyə işində Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Hər il Qurban bayramında, həmçinin digər əlamətdar günlərdə Heydər Əliyev Fondu aztəminatlı və digər həssas qruplardan olan ailələrə maddi dəstək olur.Sonda aztəminatlı ittifaq üzvlərinə bayram sovqatı paylanılıb.  WhatsApp Image 2024-06-12 at 13.35.24.jpeg 131.5 KB

14.06.2024

Xətai rayonunda müəllimlər arasında idman yarışı təşkil olunub

Xətai rayonunda müəllimlər arasında idman yarışı təşkil olunub

Bakının Xətai rayonunun ümumtəhsil məktəblərinin təhsil işçiləri arasında idman yarışı təşkil olunub.ATİAHİ Xətai rayon komitəsinin təşkilatçılığı ilə baş tutan yarışlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunub. Təhsil işçiləri voleybol ( kişilər və qadınlar ), mini-futbol, şahmat və nərd (kişilər və qadınlar) idman növlərində mübarizə aparıblar. Qaliblər Xətai rayon komitəsi tərəfindən fəxri fərman və digər mükafatlarla təltif olunub.Qeyd edək ki, Xətai rayonunun təhsil işçilərindən ibarət mini-futbol komandası həm də Qaradağ rayonundan olan həmkarları ilə dostluq matçı da keçiriblər.WhatsApp Image 2024-06-12 at 10.35.15 (1).jpeg 157.63 KBWhatsApp Image 2024-06-12 at 10.35.45.jpeg 242.9 KBWhatsApp Image 2024-06-12 at 10.47.46.jpeg 200.41 KB

14.06.2024

Qaradağ və Xətai rayonlarının müəllimləri futbol meydanında üz-üzə gəlib

Qaradağ və Xətai rayonlarının müəllimləri futbol meydanında üz-üzə gəlib

Qaradağ rayon təhsil işçilərinin komandası ilə Xətai rayon təhsil işçilərinin komandası arasında futbol matçı baş tutub.Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş idman tədbirində çıxış edənlər Ümummilli Liderin müəyyənləşdirdiyi Azərbaycanın təhsil siyasətindən, müəllimlərə göstərilən diqqət və qayğıdan, gənclərin elmi biliklərə yiyələnməsi üçün yaradılan şəraitdən danışıblar.Həmçinin Ulu Öndərin müəllifi olduğu Azərbaycanın inkişaf strategiyasında idmanın yeri, bu sahənin inkişafı üçün atılan addımlar xüsusi olaraq vurğulanıb.Çıxışların ardınca futbol yarışı start götürüb və maraqla izlənilib.WhatsApp Image 2024-05-27 at 11.37.03.jpeg 153.17 KBWhatsApp Image 2024-05-27 at 11.37.31.jpeg 266.51 KBWhatsApp Image 2024-05-27 at 11.35.48.jpeg 230.91 KB

05.06.2024

ATİAHİ Respublika Komitəsinin XVIII hesabat-seçki konfransı keçirilib

ATİAHİ Respublika Komitəsinin XVIII hesabat-seçki konfransı keçirilib

Mayın 31-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) XVIII hesabat-seçki konfransı keçirilib.Konfransdan öncə ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və konfransın nümayəndələri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.Şəhidlər xiyabanı da konfrans iştirakçıları tərəfindən ziyarət edilib, şəhid məzarlarına gül dəstələri düzülüb.Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) binasında ATİAHİ RK-nın konfransı başlayıb.ATİAHİ RK-nın və AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları salamlayıb və konfransı açıq elan edib.Ardınca Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və dünyadan köçən ittifaq üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Reqlamentə uyğun olaraq, konfransın Rəyasət heyəti, Redaksiya, Mandat və Hesablayıcı komissiyaların tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib.Gündəliyə ATİAHİ RK-nın 2017-2024-cü illər üçün gördüyü işlərin hesabatı, Təftiş komissiyasının hesabatı, Məclisin yeni tərkibinin seçilməsi, Təftiş komissiyasının yeni tərkibinin seçilməsi, Azərbaycan Prezidentinə Müraciətin qəbul edilməsi və təşkilati məsələ (Məclis üzvləri, ATİAHİ RK sədri və sədrin müavinlərinin seçilməsi) barədə məsələlər daxil edilib.ATİAHİ RK-nın 2017-2024-cü illər üçün gördüyü işlərin hesabatı bağlı ATİAHİ RK-nın sədri Səttar Möhbalıyev çıxışı dinlənilib. O, əvvəlcə Azərbaycan həmkarlar ittifaqının güclü təşkilata çevrilməsində Ulu Öndər Heydər Əliyevin rolundan və göstərdiyi dövlət dəstəyindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişaf göstəricilərindən, misilsiz qələbələrlə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından, Böyük Qayıdış proqramından, eləcə də son illərdə təhsil sahəsində qazanılmış nailiyyətlərdən danışıb.ATİAHİ RK-nın fəaliyyəti ilə bağlı sədr bildirib ki, qurum öz funksiya və vəzifələrini layiqincə yerinə yetirmək üçün səylə çalışır: ”Hesabat dövründə Məclisin 9, Rəyasət heyətinin 53 iclası keçirilib. Müzakirəyə çıxarılmış məsələlər əsasən ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, təhlükəsiz iş şəraiti, istirahəti və müalicəsi ilə bağlı olub. İttifaqı üzvlərinin sayında əhəmiyyətli artım müşahidə edilib. Həmkarlar ittifaqları strukturu, üzvlük və qeydiyyat məsələləri təkmilləşdirilib. Ötən dövrdə şəhər, rayon və rayon hüquqlu təşkilatlara ittifaq üzvlərindən 440 932 müraciət daxil olub, bütün müraciətlər diqqətlə araşdırılıb, onlara lazımi köməklik göstərilib. Bu müraciətlərdən 6143-ü əmək hüquqlarının müdafiəsi, 5716-sı həmkarlar ittifaqı orqanlarının işi, 83617-si sosial-iqtisadi məsələlər, 345456-sı isə maddi yardımların verilməsi ilə bağlı olub. Daxil olmuş müraciətlərin 419625-i müsbət həll edilib. Bu dövrdə bütövlükdə AHİK-in və həmkarlar ittifaqı büdcəsi hesabına 31 min 942 ədəd yollayış alınıb və 55 min 126 nəfər ittifaq üzvü və onların ailə üzvlərinin istirahəti və müalicəsi təmin edilib”.Səttar Möhbalıyev Respublika Komitəsi tərəfindən hesabat dövründə yeni Kollektiv Saziş layihəsinin hazırlandığını, Elm və Təhsil Nazirliyinin müvafiq komissiyası ilə birlikdə müzakirə aparıldığını və 2017-2019, 2019-2021, 2021-2023 və 2023-2025-ci illər üzrə kollektiv sazişlərin imzalandığını deyib: “ATİAHİ RK-nın xidmətinə aid olan üzv təşkilatlar da kollektiv müqavilələr bağlayıb. Son yeddi ildə yüzlərlə ittifaq üzvü öz əvvəlki işinə bərpa edilib. COVID 19 pandemiyası ilə əlaqədar Respublika Komitəsi və üzv təşkilatlar tərəfindən karonavirusa yoluxmuş 64 139 ittifaq üzvünə maddi yardım göstərilib, 45 443 ailəyə isə ərzaq yardımı verilib. Bundan başqa, xeyli sayda qoruyucu vasitələr alınaraq həmkarlar ittifaqı üzvlərinə paylanılıb. Parlaq Qələbəmizlə başa çatan Vətən müharibəsində 760 nəfər təhsil işçisi döyüşlərə qatıldı. Onlardan 21 nəfəri şəhid oldu. ATİAHİ RK-nın maliyyə vəsaiti və tərtibatı ilə “Qəhrəman təhsil işçiləri” adlı kitab çap olunaraq şəhid ittifaq üzvlərimizin xatirəsi əbədiləşdirildi. Üzv təşkilatlar tərəfindən 15800 nəfərdən artıq müharibə iştirakçısı olan ittifaq üzvlərinə və şəhid ailələrinə maddi yardım və ərzaq bağlamaları verilib. Bununla yanaşı, şəhid ailələrinə, qazi və veteranlara 987 ədəd 1634 nəfərlik sanatoriya və istirahət yerlərinə yollayış verilib. Həmçinin Respublika Komitəsi 32 şəhid ailəsini himayəyə götürüb”.Çıxışın ardından hesabat ətrafında müzakirələr aparılıb, qurumun fəaliyyəti qənaətbəxş hesab olunaraq səsçoxluğu ilə təsdiqlənib. Eləcə də Təftiş komissiyasının hesabat məruzəsi dinlənilib və səsə qoyulub.Konfransda həmçinin Məclisin və Təftiş komissiyasının yeni tərkibi seçilib.Gündəlikdəki ATİAHİ RK sədrinin və müavinlərin seçilməsi məsələsinə də baxılıb. Bildirilib ki, üzv təşkilatlarda keçirilən yığıncaq və konfranslarda Səttar Suliddin oğlu Möhbalıyevin sədr vəzifəsinə namizədliyi irəli sürülüb və bugünkü konfransın müzakirəsinə verilməsi barədə qərarlar qəbul olunub. Bu qərar konfrans iştirakçıları tərəfindən də dəstəklənib və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, AHİK sədri, Milli Məclisin deputatı Səttar Suliddin oğlu Möhbalıyev açıq səsvermə yolu ilə yenidən ATİAHİ RK-nın sədri seçilib.Səttar Möhbalıyev ona etimad göstərən konfrans iştirakçılarına təşəkkür edib, bundan sonra da rəhbərlik etdiyi qurumun səmərəli fəaliyyəti, təhsil işçilərinin əmək hüquqlarının qorunması, onlar üçün normalara uyğun iş şəraitinin yaradılması, istirahətlərinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində daha səylə çalışacağını vurğulayıb.Eyni zamanda Hümbət Nağıyev sədrin birinci müavini, Mirzə Cəfərzadə isə müavin seçilib.Sonda konfrans iştrirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.2-6.jpg 232.84 KB1-7.jpg 142.98 KB4-7 (1).jpg 177.92 KB3-7.jpg 256.99 KB5-3.jpg 209.68 KB6-3.jpg 179.51 KB11-1.jpg 82.23 KB9-2.jpg 65 KB7-3 (1).jpg 82.13 KBE21A8969.JPG 1.97 MBE21A8981.JPG 2.34 MBE21A8988.JPG 2.36 MBE21A8990.JPG 2.21 MBE21A8991.JPG 2.1 MBE21A8993.JPG 2.31 MB8-5.jpg 205.41 KBE21A9022.JPG 4.54 MB

31.05.2024

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib.Müsabiqə Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə baş tutub.Mayın 15-də müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub. Tədbirdə Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri, YAP-ın sədr müavini Tahir Budaqov, ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələri əsasında 7 nəfər I, 11 nəfər II, 16 nəfər III dərəcəli diplomla təltif olunub və onlara hədiyyələr təqdim edilib.

17.05.2024

ATİAHİ RK Rəyasət heyətinin iclası keçirilib

ATİAHİ RK Rəyasət heyətinin iclası keçirilib

Aprelin 1-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyi ilə Rəyasət heyəti üzvlərini tanış edib.“ATİAHİ RK-nın 2023-cü ilə dair ümumi illik statistik hesabatı barədə”, “İlk həmkarlar ittifaqı təşkilatlarında hesabat-seçki yığıncaqlarının yekunları və irəli sürülən təkliflər barədə”, “2023-cü ildə ATİAHİ RK-da və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə”, “ATİAHİ-nin üzv təşkilatlarında AHİK-in 25.11.2009-cu il 6b 32 saylı tarixli qərarı ilə keçirilən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” müsabiqəsinin yekunları barədə”, “2023-cü ilin yekunlarına görə ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi barədə”, “2023-cü ildə həmkarlar ittifaqı üzvlərinin müalicə və istirahətinin təşkili ilə bağlı görülmüş işlər barədə” məsələlər öz əksini tapıb.İclasda gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.Sonda RK-nın sədri Səttar Möhbalıyev gələcək fəaliyyətlə bağlı rayon, şəhər və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin sədrlərinə bir sıra tapşırıq və tövsiyələrini çatdırıb.3 (3).jpg 250.46 KB2 (4).jpg 80.32 KB7 (2).jpg 104.11 KB

01.04.2024

Xətai rayonunda ittifaq üzvlərinə bayram sovqatı verilib

Xətai rayonunda ittifaq üzvlərinə bayram sovqatı verilib

ATİAHİ Xətai rayon komitəsi bütün bayramlarda və dövlətimiz üçün digər əlamətdar günlərdə ittifaq üzvlərinə maddi-mənəvi dəstək olur.Ənənənin davamı olaraq rayon komitəsi bu dəfə Novruz bayramı münasibətilə aztəminatlı ittifaq üzvlərinə bayram sovqatı göndərib.Sovqata zəruri ərzaq məhsulları daxil edilib.Qeyd olunub ki, rayon komitəsi bu nəcib missiyanı bundan sonra da davam etdirəcək. WhatsApp Image 2024-03-18 at 15.58.00.jpeg 75.73 KBWhatsApp Image 2024-03-18 at 15.57.44.jpeg 100.98 KBWhatsApp Image 2024-03-18 at 15.58.11.jpeg 149.9 KBWhatsApp Image 2024-03-18 at 15.59.09.jpeg 177.59 KB

27.03.2024

ATİAHİ tərəfindən ali məktəb tələbələrinə adlı təqaüdlər verilib, intellektual oyunun qalibləri mükafatlandırılıb

ATİAHİ tərəfindən ali məktəb tələbələrinə adlı təqaüdlər verilib, intellektual oyunun qalibləri mükafatlandırılıb

2023/2024-cü tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün verilməsi və “Nə? Harada? Nə zaman?” intellektual oyunun qalibi olmuş tələbələrin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə ali məktəblərin tələbə həmkarlar ittifaqlarının sədrləri və tələbələr iştirak ediblər.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tədbirdə çıxışında bildirib ki, ATİAHİ RK-nın adlı təqaüdü 1995-ci ildə təsis edilib: “İndiyə kimi, 2914 tələbə bu təqaüddən yararlanıb. Bu gün isə daha 65 tələbəyə bu təqaüd təqdim ediləcək. Təqaüdün verilməsində məqsəd tələbələrdə elmə, təhsilə marağın artırılması və Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinə dəstək verməkdir. Respublika Komitəsinin fəaliyyətinin əsas istiqamətini gənclər təşkil edir. Hər il onların sosial vəziyyətinin yaxşılaşdırılması, tələbələr arasında idmanın inkişaf etdirilməsi, istedadlı gənclərin aşkara çıxarılması, onların elmə, təhsilə marağının artırılması, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Bizim bu işləri görməkdə məqsədimiz gənclərin asudə vaxtını səmərəli keçirmək, zərərli vərdişlərdən uzaqlaşdırmaq, dövlətimizin gənclər siyasətinə dəstək olmaqdır”.Onun sözlərinə görə, Azərbaycanda gənclərin sağlam ruhda böyüməsi və layiqli vətəndaş kimi yetişməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir: “Möhtərəm Prezidentimiz gənclərimizin hərtərəfli inkişafı üçün bütün imkanlardan istifadə edir. Son 20 ildə gənclərlə bağlı atılan addımlar da bunun əyani sübutudur. İnanırıq ki, Azərbaycanın gənclər siyasəti bundan sonra da uğurla davam etdiriləcək, gənclərimiz Prezidentimizin ətrafında sıx birləşərək ölkəmizin inkişafına öz layiqli töhfələrini verəcəklər”.Sonda 65 tələbəyə ATİAHİ RK-nın adlı təqaüdü, intellektual oyunun 18 qalibinə isə diplom və pul mükafatı verilib.E21A7596.jpg 152.91 KBE21A7587.jpg 155.13 KBE21A7567.jpg 151.45 KBE21A7548.jpg 197.19 KBE21A7545.jpg 167.95 KB

15.03.2024

Xətai rayonunda qadın müəllimlərə hədiyyələr verilib

Xətai rayonunda qadın müəllimlərə hədiyyələr verilib

ATİAHİ Xətai rayon komitəsinin dəstəyi ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ilk həmkarlar ittifaqlarında bayram şənlikləri təşkil edilib.Bayram tədbirlərində qadın ittifaq üzvlərinin ünvanlarına təbriklər deyilib. Bildirilib ki, möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından daha əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Tədbirlərdə çıxış edən qadın müəllimlər cəmiyyətimizdə onlara olan ali münasibətdən və dövlətimiz tərəfindən qadınlarla kişilərə yaradılmış bərabər hüquqlardan razılıqlarını ifadə ediblər.Keçirilən tədbirlərdə həmkarlar ittifaqları tərəfindən qadın müəllimlərə bayram hədiyyələri verilib.WhatsApp Image 2024-03-11 at 13.59.29.jpeg 152.62 KBWhatsApp Image 2024-03-11 at 13.54.17.jpeg 90 KBWhatsApp Image 2024-03-11 at 13.55.36 (1).jpeg 309.83 KBWhatsApp Image 2024-03-11 at 13.59.54.jpeg 1.32 MBWhatsApp Image 2024-03-11 at 13.56.59.jpeg 392.87 KBWhatsApp Image 2024-03-11 at 14.04.08.jpeg 980.85 KB

15.03.2024

ATİAHİ Xətai rayon komitəsinin XVIII hesabat-seçki yığıncağı keçirilib

ATİAHİ Xətai rayon komitəsinin XVIII hesabat-seçki yığıncağı keçirilib

ATİAHİ Xətai rayon komitəsində XVIII hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda Xətai rayon komitəsinin sədri Maisə Hacıyeva və Təftiş komissiyasının sədri Gülsüm Nəsibova hesabat məruzəsi ilə çıxış ediblər.Komitənin ötən dövr ərzində gördüyü işlər ittifaq üzvləri tərəfindən qənaətbəxş hesab edilib. Həmçinin rayon komitəsinin sədri vəzifəsinə seçkilər keçirilib. Açıq səsvermə yolu ilə keçirilən seçkidə Maisə Hacıyeva yenidən qurumun sədri seçilib. Yığıncaqda iştirak edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə M.Hacıyevaya gələcək fəaliyyətində uğurlar arzulayıb və ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi, sağlamlıqlarının qorunması, laiyiqli iş şəraitinin yaradılması istiqamətində daha səylə çalışmağı tövsiyə edib. WhatsApp Image 2024-03-11 at 13.28.59.jpeg 139.59 KBWhatsApp Image 2024-03-11 at 13.28.55.jpeg 74.79 KBWhatsApp Image 2024-03-11 at 13.28.54 (1).jpeg 95.65 KBWhatsApp Image 2024-03-11 at 14.51.51.jpeg 112.73 KBWhatsApp Image 2024-03-11 at 14.49.36.jpeg 301.84 KBWhatsApp Image 2024-03-11 at 13.28.54.jpeg 72.86 KBWhatsApp Image 2024-03-11 at 14.47.06.jpeg 382.71 KBWhatsApp Image 2024-03-11 at 13.28.22.jpeg 508.16 KB

15.03.2024

Xətai rayonunda ilk həmkarlar ittifaqlarının hesabatları dinlənilib, seçkilər keçirilib

Xətai rayonunda ilk həmkarlar ittifaqlarının hesabatları dinlənilib, seçkilər keçirilib

ATİAHİ Xətai rayon komitəsinə aid orta məktəblərin və uşaq bağçalarının ilk həmkarlar ittifaqlarında hesabat-seçki yığıncaqları keçirilib.Yığıncaqlarda ötən dövr ərzində əmək hüquqlarının qorunması, layiqli iş şəraitinin yaradılması, ittifaq üzvlərinin sosial vəziyyətinin yaxşılaşdırılması, istirahətlərinin təşkili və sağlamlıqlarının qorunması, asudə vaxtın təşkili istiqamətində atılmış addımlar, həyata keçirilmiş layihələr barədə ittifaq üzvlərinə ətraflı məlumatlar verilib. Həmçinin onların rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb.Eləcə də ilk həmkarlar ittifaqlarının yeni tərkibi formalaşıb. Bütün seçkilər demokratik ab-havada keçib, səsvermə açıq aparılıb, geder bərabərliyi qorunub. Qeyd edək ki, səsvermələrdə gənc namizədlər daha çox üstünlük qazanıb. Yığıncaqlarda Xətai rayon komitəsinin nümayəndələri də iştirak edib, prosesi izləyiblər. WhatsApp Image 2024-02-12 at 15.49.12.jpeg 106.86 KBWhatsApp Image 2024-02-12 at 15.48.02.jpeg 145.07 KBWhatsApp Image 2024-02-12 at 15.41.19 (1).jpeg 74.82 KBWhatsApp Image 2024-02-12 at 15.53.00.jpeg 41.94 KBWhatsApp Image 2024-02-12 at 15.52.33.jpeg 88.28 KBWhatsApp Image 2024-02-12 at 15.56.53.jpeg 125.28 KBWhatsApp Image 2024-02-12 at 15.57.20.jpeg 141.42 KBWhatsApp Image 2024-02-12 at 16.13.52.jpeg 111.4 KBWhatsApp Image 2024-02-12 at 15.41.19 (2).jpeg 71.74 KBWhatsApp Image 2024-02-12 at 15.46.46.jpeg 74.35 KB

15.02.2024

Xətai rayonundan olan ittifaq üzvləri mükafatlandırılıb

Xətai rayonundan olan ittifaq üzvləri mükafatlandırılıb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələrinin 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.Ali məktəb işçiləri arasında keçirilən Spartakiadanın 118, Bakı şəhərinin ümumtəhsil məktəblərinin işçiləri arasında keçirilən yarışların 130 qalibinə hədiyyə kuponu və diplomlar verilib.Eyni zamanda ali məktəb tələbələrinin XV Universiadasının və orta ixtisas təhsili müəssisələrinin yarışlarının ümumilikdə 300-ə yaxın qalibinə kubok, diplom və idman forması təqdim olunub. Qaliblər arasında Xətai rayonundan olan ittifaq üzvləri də yer alıb və mükafatlandırılıb.2 (2).jpg 63.93 KB5 (1).jpg 88.55 KB3 (1).jpg 69.08 KB

31.01.2024

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələrinin 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, idman yarışlarını təşkil etməkdə məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə hörmət və ehtiram göstərmək, xalqımızın milli sərvəti olan Ulu Öndərin zəngin və çoxşaxəli irsini örənmək və təbliğ etməkdir: “Bu tədbirlər həm ümumtəhsil məktəblərinin müəllimləri, həm də ali məktəblərin işçi və tələbələri tərəfindən böyük həvəslə qarşılanıb. Bu idman tədbirlərində mindən çox müəllim və yüzlərlə tələbə çıxış edib. Azərbaycanda idman sahəsində əldə olunan uğurların bünövrəsində əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasəti dayanır. Hələ Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda bütün sahələrin, o cümlədən  idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüş, 1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq- gənclər idman məktəbi fəaliyyət göstərirdi. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da bu sahənin inkişafına öz diqqət və qayğısını əsirgəmədi”.Səttar Möhbalıyev qeyd edib ki, Ulu Öndərin idmanın inkişafı ilə bağlı əsasını qoyduğu strategiya bu gün uğurla davam etdirilir: “Kütləvi bədən tərbiyəsinin inkişafı, gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalanıb. Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturun yaradılması istiqamətində böyük işlər görülüb. Azərbaycanda idmanın kütləviliyi təmin edilir və olimpiya hərəkatı yüksək səviyyədədir. Hesab edirəm ki, idmanda əldə olunan uğurlarda kütləvi bədən tərbiyəsinin inkişafının da öz rolu var. Biz də həmkarlar təşkilatı hər zaman olaraq bu sahəyə diqqət ayırırıq. Vaxtaşırı olaraq tələbələr, müəllimlər arasında müxtəlif kütləvi idman yarışları təşkil olunur, universiadalar, spartakiadalar keçirilir. Biz idmanın kütləviliyinin təmin edilməsi və təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə istiqamətlənmiş fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmindəyik”.Sonra mükafatlandırma mərasiminə başlanılıb. Ali məktəb işçiləri arasında keçirilən Spartakiadanın 118, Bakı şəhərinin ümumtəhsil məktəblərinin işçiləri arasında keçirilən yarışların 130 qalibinə hədiyyə kuponu və diplomlar verilib.Eyni zamanda ali məktəb tələbələrinin XV Universiadasının və orta ixtisas təhsili müəssisələrinin yarışlarının ümumilikdə 300-ə yaxın qalibinə kubok, diplom və idman forması təqdim olunub.1-1.jpg 137.44 KB6 (1).jpg 152.75 KB5.jpg 222.23 KB4-1 (1).jpg 174.7 KB3-1.jpg 438.72 KB2-1.jpg 137.67 KB

15.01.2024

Xətai rayon komitəsi aztəminatlı ittifaq üzvlərinə bayram sovqatı verib

Xətai rayon komitəsi aztəminatlı ittifaq üzvlərinə bayram sovqatı verib

ATİAHİ Xətai rayon komitəsi bütün bayramlarda və digər əlamətdar günlərdə ittifaq üzvlərinin iştirakı ilə tədbirlər təşkil edir, bayram şənlikləri keçirir, onlara sovqatlar verir.Ənənənin davamı olaraq bu dəfə də Xətai rayon komitəsi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə aztəminatlı ittifaq üzvlərinə ərzaq yardımı göstərib. IMG-20231226-WA0035.jpg 121.44 KBIMG-20231226-WA0040.jpg 251.21 KBIMG-20231226-WA0063.jpg 149.27 KBIMG-20231226-WA0064.jpg 149.34 KBIMG-20231226-WA0002.jpg 280.16 KBIMG-20231226-WA0036.jpg 140.69 KBIMG-20231226-WA0010.jpg 284.39 KBIMG-20231226-WA0004.jpg 120.03 KBIMG-20231226-WA0048.jpg 139.51 KB 

09.01.2024

Əməkdar müəllim beynəlxalq tədbirdə iştirak edib

Əməkdar müəllim beynəlxalq tədbirdə iştirak edib

Rusiyanın paytaxtı Moskva şəhərində Beynəlxalq Elm və Təhsil İşçiləri Birliyinə üzv olan təşkilatların iştirakı ilə "Sağlam həyat tərzinin təbliği" mövzusunda I forum – festival keçirilib.Tədbirdə ATİAHİ Xətai rayon komitəsinin ittifaq üzvü, Əməkdar müəllim Azər Ələkbərov da iştirak edib.IMG-20231226-WA0066.jpg 216.64 KB

09.01.2024

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo