ATİAHİ Xətai rayon komitəsinin XVIII hesabat-seçki yığıncağı keçirilib

ATİAHİ Xətai rayon komitəsində XVIII hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda Xətai rayon komitəsinin sədri Maisə Hacıyeva və Təftiş komissiyasının sədri Gülsüm Nəsibova hesabat məruzəsi ilə çıxış ediblər.
Komitənin ötən dövr ərzində gördüyü işlər ittifaq üzvləri tərəfindən qənaətbəxş hesab edilib. Həmçinin rayon komitəsinin sədri vəzifəsinə seçkilər keçirilib. Açıq səsvermə yolu ilə keçirilən seçkidə Maisə Hacıyeva yenidən qurumun sədri seçilib. Yığıncaqda iştirak edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə M.Hacıyevaya gələcək fəaliyyətində uğurlar arzulayıb və ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi, sağlamlıqlarının qorunması, laiyiqli iş şəraitinin yaradılması istiqamətində daha səylə çalışmağı tövsiyə edib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo