Xətai rayonunda ilk həmkarlar ittifaqlarının hesabatları dinlənilib, seçkilər keçirilib

ATİAHİ Xətai rayon komitəsinə aid orta məktəblərin və uşaq bağçalarının ilk həmkarlar ittifaqlarında hesabat-seçki yığıncaqları keçirilib.
Yığıncaqlarda ötən dövr ərzində əmək hüquqlarının qorunması, layiqli iş şəraitinin yaradılması, ittifaq üzvlərinin sosial vəziyyətinin yaxşılaşdırılması, istirahətlərinin təşkili və sağlamlıqlarının qorunması, asudə vaxtın təşkili istiqamətində atılmış addımlar, həyata keçirilmiş layihələr barədə ittifaq üzvlərinə ətraflı məlumatlar verilib. Həmçinin onların rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb.
Eləcə də ilk həmkarlar ittifaqlarının yeni tərkibi formalaşıb. Bütün seçkilər demokratik ab-havada keçib, səsvermə açıq aparılıb, geder bərabərliyi qorunub. Qeyd edək ki, səsvermələrdə gənc namizədlər daha çox üstünlük qazanıb. Yığıncaqlarda Xətai rayon komitəsinin nümayəndələri də iştirak edib, prosesi izləyiblər.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo