Azərbaycan həmkarlar ittifaqları daim üzvlərinin qayğısına qalır, əmək hüquqlarının qorunması ilə yanaşı, onların sosial vəziyyətləri ilə də hər zaman maraqlanır, bayramlarda və digər əlamətdar günlərdə maddi-mənəvi dəstək göstərir.
Ənənənin davamı olaraq ATİAHİ Xətai rayon komitəsi bütün dünya müsəlmanları üçün müqəddəs olan Qurban bayramı ərəfəsində aztəminatlı ittifaq üzvləri ilə görüş keçirib. Bildirilib ki, Qurban bayramının müsəlman Azərbaycan əhalisi tərəfindən layiqincə keçirilməsi üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılır. Bu da digər məsələlərdə olduğu kimi xalq və dövlət birliyinin, vəhdətin təzahürüdür. İmkanlı şəxslər, ictimai təşkilatlar bayramda ehtiyacı olan şəxslərə, həssas əhali qruplarına, uşaq evlərinə, qocalar evlərinə yardımlar edirlər. Bu xeyriyyə işində Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Hər il Qurban bayramında, həmçinin digər əlamətdar günlərdə Heydər Əliyev Fondu aztəminatlı və digər həssas qruplardan olan ailələrə maddi dəstək olur.
Sonda aztəminatlı ittifaq üzvlərinə bayram sovqatı paylanılıb.