ATİAHİ Xətai rayon komitəsi “Heydər Əliyev İli” çərçivəsində tədbirlərini davam etdirir
Bakının Xətai rayonunun ümumtəhsil məktəblərinin təhsil işçiləri arasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş voleybol (kişilər və qadınlar), mini futbol və tennis (kişilər və qadınlar) üzrə yarışlar keçirilib.

Açılış mərasimində çıxış edənlər Ulu Öndərin Həyat və fəaliyyətindən danışıblar. Bildirilib ki, bu gerçəkliklər fonunda XX əsrdə xalqımızın dünya siyasətinə bəxş etdiyi böyük şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna yeri və rolu qabarıq görünür.
Ümummilli Lider Heydər Əliyevin bacarıqlı və təcrübəli dövlət xadimi, müdrik siyasətçi, dövlətçiliyin möhkəm təməlini yaradaraq onu möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin çox mühüm mərhələsini təşkil edir. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin ciddi sınaqlardan üzüağ çıxardığı Azərbaycan bu gün onun layiqli siyasi davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni keyfiyyət mərhələsini yaşayır. Dövlət idarəetmə sistemi təkmilləşir, məmurların fəaliyyətində şəffaflıq və xalqa xidmət məramı ciddiliklə önə çəkilir.
Ardından yarışlara start verilib. Gərgin və maraqlı anları ilə yadda qalan yarışların qalibləri Xətai rayon komitəsi tərəfindən mükafatlandırılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo