ATİAHİ Xətai rayon komitəsi müəllimlərin istirahəti üçün bir sıra tədbirlər həyata keçirib


Yay tətili günlərində ATİAHİ Xətai rayon komitəsi rayon məktəblərində çalışan təhsil işçilərinin asudə vaxtının səmərəli keçirilməsi, istirahətlərinin mənalı təşkili üçün bir sıra tədbirlər həyata keçirib.

Belə ki, müəllimlərin ölkəmizin turizm imkanları geniş olan rayonlarına səfərləri təşkil edilib. Tur zamanı təhsil işçiləri getdikləri ərazilərin gəzməli-görməli yerlərinə baş çəkib, tarixi-mədəni abidələrini ziyarət edib, təbiyyətin əsrarəngiz gözəliklərini seyr ediblər. Həmçinin onlar üçün süfrə açılıb, yerli mətbəxin ləziz təamlarından dadıblar. Müəllimlər onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirib və təşkilatçılara təşəkkür ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo