Bakının Xətai rayonunun ümumtəhsil məktəblərinin təhsil işçiləri arasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş dama və şahmat yarışlar təşkil olunub.
Yarışın açılış mərasimində Ulu Öndərin dövlət quruculuğu siyasətindən, xilaskarlıq missiyasından, təhsil və idman sahəsinə olan xüsusi diqqətindən danışılıb. Bildirilib ki, Heydər Əliyev öz xalqının problemləri ilə yaşayan milli rəhbər idi. Məhz onun idarəetmə səriştəsi, liderlik ustalığı nəticəsində sosial kataklizmlərin prioritetləri seçildi, bu yönümdə ardıcıl məqsədyönlü addımlar atıldı. Atəşkəsin əldə olunması, ölkədə ictimai siyasi-sabitliyin yaranması, tarixi neft kontraktlarının imzalanması, ilk növbədə, Azərbaycanın dövlət müstəqilliyi təhlükələrini aradan qaldırdı. Bunun ardınca Ulu Öndərin tarixi xilaskarlıq missiyası tənəzzüldən inkişafa doğru dönüşün əsasını qoydu. Eyni zamanda bu missiya sabitlikdən sosial rifaha sürətli keçidi təmin etdi. Qeyd olunub ki, bütün bunlara görə qədirbilən xalqımız ümummilli lider Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur, onun müqəddəs ruhu qarşısında baş əyir və uca Yaradandan unudulmaz öndərinə qəni-qəni rəhmət diləyir! Çıxışların ardından yarışlara start verilib. Gərgin və maraqlı anları ilə yadda qalan yarışların qalibləri Xətai rayon komitəsi tərəfindən mükafatlandırılıb.