ATİAHİ Xətai rayon komitəsinin əməkdaşları şəhid ailələrini ziyarət edib
Novruz bayramı ərəfəsində ATİAHİ Xətai rayon komitəsinin əməkdaşları ittifaq üzvləri olan şəhid anaları Rüstəmova Reyhan və Məhərrəmova Zəminə xanımı evlərində ziyarət ediblər. Onlara rayon komitəsinin bayram sovqatı təqdim edilib. 
Şəhid anaları həmkarlar ittifaqları tərəfindən onlara göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər. 
Qeyd edək ki, Novruz bayramı münasibətilə ATİAHİ Xətai rayon komitəsi tərəfindən ittifaq üzvü olan şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər mükafatlandırılıblar.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo