ATİAHİ Xətai rayon komitəsinin təşkilatçılığı ilə qadınlar bayramı münasibətilə tədbir keçirilib
ATİAHİ Xətai rayon komitəsinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Həmkarlar ittifaqı təşkilatı fəalı olan qadınlar, eləcə də ilk təşkilat sədrlərinin iştirak etdiyi tədbirdə rayon komitəsinin sədri Maisə Hacıyeva çıxış edərək bayramın yaranma tarixindən, qadın hüquqlarından və gender bərabərliyindən söz açıb. Vurğulayıb ki, Azərbaycan qadın hüquqlarının qorunduğu, qadınların bütün səviyyələrdə təmsil olunduğu bir ölkədir. O həmçinin təhsil sahəsində qadınların sayının çox olmasına diqqət çəkərək onların gənc nəslin yetişməsindəki xidmətlərindən danışıb. 
Tədbirin sonunda təhsil sahəsində və ictimai işlərdə fəal iştirak etdiklərinə görə, bir qrup qadın təhsil işçisinə fəxri fərman və qiymətli hədiyyələr verilib. İştirakçılar göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo