Bu ilin yanvar ayında ATİAHİ Xətai rayon komitəsi müəllimlərin asudə vaxtının səmərəli təşkili üçün onlara teatra getmək üçün bilet təqdim edib.
Azərbaycan Dövlət Akademik Musiqili teatrında nümayiş etdirilən "Paris Notr-Dama ithaf” adlı tamaşaya baxan müəllimlər gözəl və səmərəli bir gün keçiriblər. Müəllimlər onlara yaradılan şəraitə və göstərilən diqqətə görə təşəkkür ediblər.