Paytaxtın Xətai rayonunun təhsil işçiləri təltif olunub

Bakının Xətai rayon məktəblərində 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri təbrik edilib.
Belə ki, ATİAHİ Xətai rayon komitəsi ittifaq üzvü olan müəllimləri təbrik edib, qabaqcıl müəllimləri Fəxri fərmanla təltif edib. Həmçinin rayon komitəsi tərəfindən həmkarlar ittifaqı üzvlərinə hədiyyələr təqdim edilib. Müəllimlər göstərilən diqqətə görə, rayon komitəsinə təşşəkür ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo