Xətai rayon komitəsinin əməkdaşları şəhid polisin ailəsində olublar

ATİAHİ Xətai rayon komitəsinin sədri M.Hacıyeva və Rəyasət heyətinin üzvləri Füzuli rayonunda şəhid olmuş polis əməkdaşı Rasim Məmmədovun ailəsini ziyarət ediblər.
Görüş zamanı ailənin üzvləri şəhidin ömür yolundan, nümunəvi xidmətindən, vətənpərvərliyindən danışıb, xatirələrini bölüşüblər. Onlar həmçinin dövlətimiz tərəfindən hərtərəfli himayə olunduqlarını bildirib və Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.
Komitə tərəfindən şəhidin ailəsinə maddi-mənəvi dəstək göstərilib.
Qeyd edək ki, şəhid Rasimin anası Xuraman Məmmədova 254 №-li məktəbin müəllimidir.
 
WhatsApp Image 2023-11-02 at 11.54.43.jpeg 50.93 KB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo