Bakı şəhərində ATİAHİ RK-nın təşkilatçılığı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaradılmasının 30 illik yubileyi ilə əlaqədar “AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış” mövzusunda konfrans keçirilib.
ATİAHİ Nəsimi rayon komitəsinin ev sahibliyi ilə təşkil edilmiş konfransda Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak ediblər.
Tədbirdə AHİK-in tarixindən, keçdiyi inkişaf yolundan, gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən, müasir dövrün tələblərinə uyğunlaşma prosesindən, qarşıda duran vəzifələrdən, müəyyən edilmiş hədəflərdən danışılıb.
Sonda digərləri ilə yanaşı, ATİAHİ Xətai rayon komitəsinin fəal ittifaq üzvlərinə də - Sevda Novruzovaya, Kifayət Həsənovaya, Məhərrəm Nəcəfova, Niyazi Abbasova və Şahbaba Rəsulova fəxri fərman və mükafat verilib.