Xətai rayonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ittifaq üzvlərinə bayram sovqatı verilib

ATİAHİ Xətai rayon komitəsi hər zaman ittifaq üzvləri ilə təmasda olur, müraciətlərinə həssas yanaşır, qaldırdıqları məsələlərin həlli istiqamətində adekvat addımlar atır.
Həmçinin bütün bayramlarda və digər əlamətdar günlərdə ittifaq üzvləri təltif olunur, onlara sovqatlar verilir.
Ənənənin davamı olaraq rayon komitəsi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə aztəminatlı ittifaq üzvlərinə ərzaq yardımı edib. Bundan başqa, rayonun qabaqcıl müəllimlərinə hədiyyələr verilib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo