Həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətinin prioritet istiqamətlərindən biridir.
Bayram günlərində, həmçinin dövlətimiz üçün digər əlamətdar günlərdə şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə baş çəkilir, qayğıları ilə maraqlanılır, maddi dəstək göstərilir.
ATİAHİ Xətai rayon komitəsi ənənənin davamı olaraq ümumtəhsil müəssisələrində çalışan aztəminatlı ailələrə Novruz bayramı münasibətilə bayram sovqatı paylanılıb.