2021-ci il oktyabrın 5-də Bakının Xətai rayonunda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
ATİAHİ Xətai rayon komitəsi tərəfindən təşkil olunan tədbirdə ölkəmizin inkişafında müəllimlərin rolundan, elm-təhsilin inkişafında, yeni nəslin vətənpərvər ruhda tərbiyə olunmasında əvəzsiz xidmətlərindən, müəllim adının şərəfindən danışıblar. Bildirilib ki, Azərbaycan həmkarlar ittifaqları da müəllimlərin asudə vaxtlarının və istirahətlərinin təşkili, sağlamlıqlarının qorunması, peşə xəstəliklərinin qarşısının alınması istiqamətində həmişə fəal iş aparır və müəllimlərə diqqət və qayğı ilə yanaşır.
Tədbir çərçivəsində fəaliyyətlərində fərqlənən müəllimlərə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.