Xətai rayonunda qadınlar bayramı qeyd edilib
ATİAHİ Xətai rayon komitəsinin xidmətində olan ilk təşkilatlarda 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər təşkil olunub.

Bayram tədbirlərində məktəblərin qadın müəllimləri iştirak ediblər.

Çıxış edənlər qadınların cəmiyyətdə rolundan, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakından, respublikamızda təhsilin inkişafında, gənc nəslin vətənpərvər ruhda yetişməsində xidmətlərindən danışıb, təbriklərini çatdırıblar.

Tədbirlərdə həmçinin qadın təhsil işçilərinə hədiyyələr verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo