Xətai rayonunda Ramazan bayramı münasibətilə ittifaq üzvlərinə və şəhid ailələrinə sovqat verilib


Azərbaycan həmkarlar ittifaqları bütün bayramlarda və digər əlamətdar günlərdə aztəminatlı və şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına sovqatlar verir.

Ənənənin davamı olaraq ATİAHİ Xətai rayon komitəsi Ramazan bayramı münasibətilə aztəminatlı ittifaq üzvlərinə və şəhid ailələrinə ərzaq yardımı göstərib.

Bayram sovqatları verilən ailələr göstərilən qayğıya görə, ATİAHİ Respublika Komitəsinin rəhbərliyinə və Xətai rayon komitəsinə təşəkkür ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo