Xətai rayonunda şəhid ailələri ziyarət olunub


ATİAHİ Xətai rayon komitəsinin əməkdaşları 27 sentyabr - Anım Günü münasibətilə şəhid ailələrini ziyarət ediblər.

Şəhidlər - Rövşən Rüstəmov və Niyamin Niftəlizadənin ailəsinə baş çəkən komitə əməkdaşları onların problemləri ilə maraqlanıblar. Hər iki şəhidin ailə üzvləri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılıq ifadə ediblər. Görüşlər zamanı həmçinin şəhidlərin keçdiyi döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlardan söz açılıb və bildirilib ki, bu gün onların ruhu şaddır. Çünki can verdikləri Vətən torpağı bu gün azaddır. Müqəddəs bayrağımız Şərqi Zəngəzurda və Qarabağda qürurla dalğalanır.

Xətai rayon komitəsi tərəfindən hər iki şəhidin ailəsinə maddi-mənəvi dəstək göstərilib.

Qeyd edək ki, şəhid Rövşənin anası Reyhan Rüstəmova Xətai rayon Elman Məmmədov adına uşaq bağçasında, Niyaminin anası Zəminə Məhərrəmova isə Xətai rayonu 194 №-li uşaq bağçasında işləyir.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo