Xətai rayonunda təhsil işçiləri arasında idman yarışları təşkil olunub

Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ATİAHİ Xətai rayon komitəsinin ittifaq üzvləri arasında voleybol (kişilər və qadınlar), mini futbol və tennis (kişilər və qadınlar) üzrə idman yarışları keçirilib.
ATİAHİ Xətai rayon komitəsinin sədri M.Hacıyevanın təşkilatçılığı ilə baş tutan yarışmanın açılışında o çıxış edərək Ulu Öndərin dövlətimizin və xalqımızın rıfahı üçün gördüyü işlərdən, siyasi fəaliyyətindən, gənc nəslə göstərdiyi dəstək və etimadından, xilaskarlıq missiyalarından danışıb.
Bildirib ki, Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğısını hər zaman önə çəkirdi və o, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandırırdı.
Çıxışdan sonra yarışlara start verilib. Gərgin və maraqlı keçən yarışmanın qaliblərinə Xətai rayon komitəsi tərəfindən diplomlar və hədiyyələr təqdim olunub.
 
 
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo