Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Bakı şəhəri üzrə keçiriliən idman yarışlarının qalibləri arasında Xətai rayonunun təhsil işçiləri də yer alıb.
Belə ki, Xətai rayonundan olan təhsil işçilərinin komandası tennis yarışında I yeri, qadınlar arasında voleybol yarışında isə II yeri qazanıblar.
ATİAHİ Xətai rayon komitəsi qalib komandalarla görüş keçirib, qələbə münasibətilə onları təbrik edib. Həmçinin komandaların üzvlərinə fəxri fərman və mükafat verilib.