ATİAHİ Xətai rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə şəhid ailələri, qazilər, veteranlar, təhsil sahəsində çalışan müharibə iştirakçıları iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən, Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə birdəfəlik son qoyuldu.
Qazilər Vətən müharibəsindən, keçdikləri döyüş yolundan, qazanılan qələbənin əhəmiyyətindən danışıblar.
Sonda şəhid ailələrinə və Vətən müharibəsinin iştirakçılarına müxtəlif hədiyyələr verilib.