ATİAHİ Xətai rayon komitəsi tərəfindən 8 Noyabr - Zəfər Günü ilə əlaqədar rayonun məktəb və uşaq bağçalarında çalışan şəhid ailəsi üzvlərinin, Vətən müharibəsi iştirakçılarının və qazilərin Masallı rayonuna səfəri təşkil olunub. İştirakçılar səfər zamanı rayonun görməli yerlərinə və turizm zonalarına baş çəkib, gözəl təbiət mənzərələrini seyr edib fotolar çəkdiriblər.
Həmçinin onlar üçün süfrə açılıb, yerli mətbəxin ləziz təamlarına qonaq ediliblər. İttifaq üzləri istirahətləri üçün yaradılmış şəraitdən razılıqlarını bildirib və bu, onlarda xoş ovqat və yaxşı təəssürat yaratdığını qeyd ediblər.