Xətai rayonunun ittifaq üzvləri Heydər Əliyev Mərkəzində olublar

ATİAHİ Xətai rayon komitəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar ilk təşkilat sədrlərinin və fəal ittifaq üzvlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib.
İştirakçılar Mərkəzdə “Muzey” bölməsində toplanmış Ulu Öndərin zəngin dövlətcilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlərlə tanış olublar. Bildirilib ki, muzey həm də Heydər Əliyev irsinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edir. Qeyd olunub ki, Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və zəngin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlmiş Mərkəzin binası dünya memarlıq inciləri sırasındadır.
Sonda iştirakçılar Mərkəzi ziyarət etməkdən şad olduqlarını bildiriblər və təşkilatçılara təşəkkür ediblər. 
 
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo