Mayın 11-də AHİK-də 2021-ci il üçün “İlin peşəkar gənci” adına layiq görülmüş gənclərə diplom, döş nişanı və vəsiqələrin təqdim edilməsi mərasimi keçirilib.
Tədbirdə “İlin peşəkar gənci” adına layiq görülmüş ATİAHİ Xətai rayon komitəsindən 27 №-li tam orta məktəbin müəllimi Elvin Səlimova da diplom və döş nişanı təqdim edilib.
Qeyd edək ki, E.Səlimov 2021-ci ildə “İlin gənc müəllimi” müsabiqəsində I yerə layiq görülüb. O həmçinin 44 günlük Vətən müharibəsində iştirak etmiş, dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə "Füzulinin azad olunmasına görə" və " Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.